LuxenHouse.az

LuxenHouse.az





Xəbərlər / Xəbərlər / Azərbaycanda avtomobil hissələrinin istehsalı təşkil oluna bilər

Azərbaycanda avtomobil hissələrinin istehsalı təşkil oluna bilər.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

 

Qeyd olunur ki, hazırda ölkədə avtomobil, traktor və yükdaşıyan maşınların yerli istehsalı əsasən yığımla məhdudlaşdığından perspektivdə maşın mühərriklərinin, transmissiya mexanizmlərinin idxalı saxlanılmaqla, qalan hissələr yerli bazardan təchiz oluna bilər.

 

Bildirilir ki, maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələrinin istehsalı üzrə sahəvi işçi qruplar yaradılacaq. Mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını əhatə edəcək həmin qruplara Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərin nümayəndələri dəvət olunacaq.


 

Ən çox baxılan 5 şirkət

Son foto

gallery

Son video

Son əlavə olunmuş şirkət

Embawood mebel mağazası - 2
Universal dükan şəbəkələri və supermarketlər