LuxenHouse.az

LuxenHouse.az





Lahiyə haqqında

Tikinti, təchizat,təmir və dizayna aid olan iri məlumat-arayış portalı istifadəçilərin diqqətinə təqdim olunur. Siz inşaat şirkətləri, interyer dizaynı, mənzillərin təmiri və s. işləri seçə və baxa bilərsiniz.
Layihənin məqsədi tikinti və təchizat sahəsində məhsul və xidmət təqdim edən şirkətlər və onların potensial müştəri və partnyorları arasında geniş işgüzar münasibətlərinin və yeni ticarət əlaqələrinin inkişafidır.

Bizim ən başlıca vəzifəmiz sizin həyatınızı asanlaşdırmaqdır! Bu layihənin sayəsində siz müxtəlif müəssisələr və dükanlara baş çəkməklə vaxt itirmədən evə sahib ola bilər, onu zövqlə təmir etdirə bilərsiniz.

Bizim auditoriyamız rəhbərlər də daxil olmaqla tikinti biznesi üzrə peşəkarlardan, şirkət menecerlərindən, habelə tikinti məhsulları və xidməti istehlakçılarından ibarətdir. Geniş spektrli dizayn xidməti hər zaman sizin sərəncamınızdadır. Şirkətlərin kataloqunun köməkliyi ilə siz lazımi təşkilat haqqında istənilən məlumatı asanlıqla əldə edə bilərsiniz. Mebel salonları, elektrik avadanlıqları, toxuma məhsulları ən geniş spektrdə bizim layihədə! Bir çox daha maraqlı məlumatlar layihənin baş səhifəsində sizi gözləyir!

Portalın tikinti mövzusunda olan digər resurslardan əsas fərqləri:

İnşaat, dizayn firmalarının ən böyük kataloqu
Məlumatın əldə edilmə sərbəstliyi
Zəngin axtarış və rahat istifadə imkanı
Yüksək ziyarətçi sayı və auditoriya hədəfinin genişliyi
Şirkətlər, məhsullar və xidmətlər haqqında məlumatların pulsuz yerləşdirilməsi

Portalın istifadəçilərinə verilən xidmətlər:
Şirkətlərin kataloqu
Məhsul və xidmətlər kataloqu
Pulsuz elanlar lövhəsi
Maraqlı və faydalı məqalələr
Xəbərlər, iş yerləri və bir çox başqa məlumatlar

Rəhbərlik və bütün kollektiv adından bütün ziyarətçilərimizə təşəkkürümüzü bildiririk! Layihəmizi dəstəklədiyinizə görə minnətdarıq! Ümid edirik ki, layihəmiz həqiqətən də gərəyiniz olacaq! Sizi əmin edirik ki, saytımıza hər gəlişiniz sizdə daha da çox maraq doğuracaq! Biz hər gün saytımızı sizin üçün maraqlı olacaq məlumatlarla zənginləşdirəcəyik.

Istənilən məsələ ilə bağlı aşağıda göstərilən əlaqə vasitələri ilə müraciət edə bilərsiniz;

Hörmətlə, Luxenhouse.az Layihəsinin Rəhbərliyi.


 

Ən çox baxılan 5 şirkət

Son foto

gallery

Son video

Son əlavə olunmuş şirkət

Embawood mebel mağazası - 2
Universal dükan şəbəkələri və supermarketlər